Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə nüfuzlu "Masters" yarışı başa çatıb.
Apasport.az saytının məlumatına görə, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.
Qadınların yarışında +78 kq çəki dərəcəsində mübarizə aparan İrina Kindzerska Fransa, Çin, Braziliya və Koreya cüdoçularını məğlub edərək finala çıxıb. Həlledici qarşılaşmada Niderland təmsilçisi Tessi Savelkoulsa uduzan cüdoçumuz mötəbər yarışın gümüş medalını qazanıb.
Qeyd edək ki, bu millimizin Çində qazandığı ikinci medal olub. Yarışın ikinci günü Rüstəm Orucov (73 kq) bürünc medala layiq görülüb.
Mötəbər yarışda 67 ölkədən 445 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 11 cüdoqi ustası (8 oğlan, 3 qız) təmsil edib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib