Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA) İdmançılar Məsləhətçi Komissiyası təsis edib.
Apasport.az saytının məlumatına görə, bu addım dopinqlə mübarizənin və təmiz idmanın təşviqində idmançıların rolunun artırılması məqsədilə atılıb.
Yeni yaradılan komissiyanın əsas məqsədi AMADA-nın fəaliyyətində idmançıları təmsil etmək, onların hüquqlarının müdafiəsinə və təmiz idmanın təşviqinə aid məsələlər üzrə məsləhətlər verməkdir. Komissiyanın funksiyası idmançılar və AMADA arasında əlaqələndirici rolunu oynamaq olacaq.
Tərkibi təsdiqlənən komissiya on iki idmançıdan ibarətdir. Bunlar İlham Zəkiyev, Hacı Əliyev, Rəsul Çunayev, Fəridə Əliyeva, Fuad Qurbanov, Aynur Məmmədova, Nazim Babayev, Ayan Xankişiyeva, Siyana Vasilyeva, Kamran Şahsuvarlı, Rüstəm Orucov və Ruslan Abışovdur.
AMADA komissiya ilə vacib məsələlər üzrə birgə çalışaraq, fəaliyyətində idmançıların fikir və ehtiyaclarını nəzərə almaq üçün əməkdaşlıq edəcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib