[b]16 ildən sonra yenilənən rekord [/b]
03.07.2018 - 09:40
[b]16 ildən sonra yenilənən rekord
[/b]

Yaponiya millisi tarixinin rekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, Asiya təmsilçisi DÇ-2018-də vurulan qol sayında ən yüksək göstəriciyə nail olub.

 

Belə ki, 1/8 finalın Belçika ilə qarşılaşmasında (2:3) rəqib qapısından iki top keçirən yaponiyalılar qol sayını 6-ya çatdırıb. Qrupda 4 dəfə fərqlənən asiyalılar Kolumbiya (2:1) və Seneqala (2:2) da iki qol vurmuşdular.

 

Bununla da DÇ-2002-də 5 qol vuran Yaponiya 16 ildən sonra bir mundialdakı məhsuldarlıq rekordunu yeniləyib.