Salto ilə başlayan hücum qolla bitdi - İranlıdan möhtəşəm assist - VİDEO
09.08.2026 - 19:19
Salto ilə başlayan hücum qolla bitdi - İranlıdan möhtəşəm assist  - VİDEO

Rusiyanın “Spartak Kostroma” klubunun futbolçusu Nader Mohammadi qeyri-adi ötürməsi ilə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, iranlı legioner “SKA-Xabarovsk”la oyunda topu autdan salto edərək meydana daxil edib.

Mohammadinin bu qeyri-adi ötürməsindən sonra “Spartak Kostroma”nın futbolçuları hücumu qolla tamamlayıblar.

Epizod sosial şəbəkələrdə geniş maraq doğurub və qol ilin ən baxımlı qollarından birinə namizəd kimi təqdim olunub.