İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür.
Apasport.az xəbər verir ki, bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.
1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.
Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.
"Apasport" Azərbaycanda fəaliyyət göstərən bütün idman jurnalistlərini bu gün münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.
- Yeton Bekiri: “Digər vacib məqam isə…”
- Azərbaycan Kuboku: “Qəbələ”, “Zirə”, “Sumqayıt” və “Araz-Naxçıvan” növbəti mərhələdə - YENİLƏNİB
- Zaur İsmayılov: “İkinci hissədə bunun nəticəsini gördük”
- “Sumqayıt” - “Şəfa” matçının məkanı dəqiqləşib
- Bakıda Arsen Vengerin iştirakı ilə "ustad dərsi" təşkil olunub