Azərbaycan Karate Federasiyasının “Vado-Ryu karate” üslubu üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən dünya kubokunda üç medal qazanıblar.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz yarışda bir gümüş və iki bürünc medala sahib olublar.
U-21 yaş qrupu üzrə 75 kq çəki dərəcəsində mübarizə aparan İmran İsmayılzadə finala yüksəlsə də, həlledici görüşdə məğlub olaraq dünya kubokunun gümüş medalını qazanıb.
16-17 yaş kateqoriyasında 67 kq çəki dərəcəsində çıxış edən Uğur Quliyev, həmçinin böyüklər arasında +80 kq çəki dərəcəsində yarışan Maarif Xurşudov isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycan millisi yarışda Vilayət Əmirovun rəhbərliyi altında iştirak edib.