[b]52 illik unikal nailiyyət təkrarlandı [/b]
03.07.2018 - 10:31
[b]52 illik unikal nailiyyət təkrarlandı

[/b]

Belçika millisi DÇ-2018-də unikal nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 1/8 final mərhələsinin Yaponiya ilə qarşılaşmasında 2 top fərqini aradan qaldırıb.

 

Belçikalılar 0:2 hesabı ilə geridə olduğu matçı qələbə ilə başa vurmağa nail olub. 3:2 hesabı ilə qalib gələn Roberto Martinesin yetirmələri son 52 ildə mundialda belə əzmkarlıq göstərən ilk komanda olub.

 

Belə ki, DÇ-lərdə oyunun əsas vaxtında 2 top fərqini aradan qaldıraraq qalib gələn sonuncu komanda 1966-cı ildə bunu rəsmiləşdirib. Həmin vaxt Portuqaliya KXDR-la qarşılaşmada 5:3 hesabı ilə qalib gəlmişdi.

 

Düzdü, DÇ-1970-də də bənzər hadisə yaşanıb. Həmin vaxt Almaniya İngiltərəni 3:2 hesabı ilə yenib. Lakin Belçika və Portuqaliyadan fərqli Bundestim əsas vaxtda hesabı bərabərləşdirib (2:2), qələbə qolunu isə əlavə olunmuş yarım saatda vurub.