[b]82 ildən sonra[/b]
29.06.2018 - 09:30
[b]82 ildən sonra[/b]

DÇ-2018-in final mərhələsinin III turunda İngiltərə ilə qarşılaşan Belçika 82 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 1:0 hesablı qələbə qazanıb.

 

Belçikalılar sonuncu dəfə 1936-cı ildə futbolun yaradıcılarına qalib gəlmişdi. Mayın 9-da keçirilən həmin matçda 3:2 hesabı qeydə alınmışdı.