9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.
Apasport.az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib.
300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər.
"Crescent Mall"un yaxınlığından Zəfər Parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-przidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.
Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və "Yallı" rəqsi ilə yekunlaşıb.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO