Avropa çempionatı Bakıya verildi
13.07.2020 - 15:39
Avropa çempionatı Bakıya verildi

Karate üzrə böyüklər arasında Avropa çempionatı Bakıda keçiriləcək.

Apasport.az saytının Dünya Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış 2025-ci ildə baş tutacaq.

Qərar Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin bu gün keçirilən videokonfransında qəbul edilib.

2021-2025-ci illərin ilkin təqvimini hazırlayan komitə 2025-ci ildə qitə birinciliyinin paytaxtımızda təşkil olunacağını təsdiqləyib.