“Formula-1” komandaları belə ağır vəziyyəti nəzərə alaraq, təqvimin qurulması ilə bağlı bütün səlahiyyətləri seriya rəhbərliyinə verib”.
Apasport.az saytının məlumatına görə, “Formula-1” üzrə “Ferrari” komandasının rəhbəri Mattia Binotto deyib.
O bildirib ki, iştirakçılar və təşkilatçılar koronavirus pandemiyası üzündən 8 mərhələsi baş tutmayan cari mövsümü xilas etmək üçün müxtəlif variantları nəzərdən keçirir: “Qran-Priləri üç gündən ikiyə endirmək variantı var. Belə olan halda cümə məşqləri ləğv ediləcək. Hamı razıdır ki, yanvarda havanın imkan verdiyi yerlərdə yarışların keçirilməsi ilə razıdır. Niyə 2-3 mərhələni yanvarda keçirməyək ki? Mövsümü daha dolğun etmək üçün hamı hər şeyi dəstəkləyirik. Çox ideyalar var. Daha sıx qrafik, qışda Qran-Prilər və daha nələr. Bunların hamısı mövsümü xilas etmək üçündür”.
Qeyd edək ki, 2 mərhələ - Avstraliya və Monako Qran-Priləri ləğv olunub. Daha 6 mərhələ - Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Bakıda keçirilməli olan Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu 6 yarışdan bəziləri, o cümlədən Bakı yanvarda mərhələ qəbul etmək üçün münasib sayılır.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib