Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turniri tamaşaçısız keçiriləcək.
Apasport.az saytının məlumatına görə, yanvarın 13-15-də baş tutacaq yarışın boş tribunlar önündə təşkil olunmasına səbəb koronavirusdur.
Azarkeşlər turniri yalnız televiziya və internetlə izləmək imkanına malik olacaq. 90 ölkədən 587 idmançının qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Yığmamız Yekaterinburqdakı turnir üçün 11 cüdoçu sifariş edib.
Qeyd edək ki, İtaliya, Çin, Cənubi Koreya və İran yığmaları ümumiyyətlə turnirə qatılmayacaq. Rusiya sərhədini keçməzdən əvvəlki 2 həftə ərzində adıçəkilən ölkələrdə olmuş idmançılar da yarışa buraxılmayacaq. Həmçinin idmançılar hava limanlarında tibbi müayinədən keçəcək, yarış təşkil olunacaq zalda daim vəziyyətin monitorinqi aparılacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib