Avstriyanın Qrats şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb.
Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə kişilər və cütlər qışa proqramda bacarıqlarını nümayiş etdiriblər.
Kişilərin mübarizəsində Azərbaycan təmsilçisi Vladimir Litvintsev də buz üzərinə çıxıb. Onun çıxışı 70,04 xalla qiymətləndirilib. Təmsilçimiz 35 iştirakçı arasında 17-ci yeri tutub. Bununla da milliləşən legionerimiz iki gündən sonra sərbəst proqramda çıxış etmək hüququ qazanan 24 idmançı arasına düşüb.
1-ci yeri çexiyalı Mihal Brezina (89,77) tutub.
Qeyd edək ki, sabah qadınların qısa proqramında digər təmsilçimiz Yekaterina Ryabova ustalığını nümayiş etdirəcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib