Niderlandda keçirilən qadın voleybolçular arasında Avropa Təsnifat Turnirində növbəti oyunlar keçirilib.
Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə istirahət edən Azərbaycan yığması bu gün ikinci matçına çıxıb.
İlk qarşılaşmada Niderlanda 0:3 hesabı ilə uduzan Vasif Talıbovun komandası Bolqarıstanı sınağa çəkib. A qrupunun oyununda qələbə yığmamız üçün vacib olsa da, heç bir xal da qazana bilməyib. Vasif Talıbovunun yetirmələrinin gücü cəmi bir setə çatıb.
Nəticədə məğlubiyyət komandamızın Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansının üstündən xətt çəkib. İkinci matçda ikinci məğlubiyyət Polşa voleybolçularının işinə yarayıb. Niderlandla qarşılaşmada qələbə qazanan komanda liderliyə yüksəlib. Ev sahibləri isə mərhələ adlamaq üçün lazım olan ikinci yeri təmin etdiyindən qrupda son – Azərbaycan – Polşa dueli formal matça çevrilib. Yığmamız kimi, bolqarlar da Olimpiada arzusunu dəfn ediblər.
Günün digər oyunu isə B qrupunda baş tutub. Burada Belçika Xorvatiya ilə qarşılaşıb. Matç birincilərin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, matçlar Apeldornda “Omnisport” Sarayında keçirilir.
Qrup mərhələsi
A qrupu
9 yanvar
19:00. Bolqarıstan – Azərbaycan - 3:1 (25:23, 25:19, 21:25, 25:21)
22:30. Niderland – Polşa - 1:3 (20:25, 23:25, 25:23, 23:25)
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Polşa |
2 |
2 |
0 |
6-2 |
196-177 |
6 |
|
2 |
Niderland |
3 |
2 |
1 |
7-3 |
242-223 |
6 |
|
3 |
Bolqarıstan |
3 |
1 |
2 |
4-7 |
244-263 |
3 |
|
4 |
Azərbaycan |
2 |
0 |
2 |
1-6 |
152-171 |
0 |
B qrupu
9 yanvar
16:00. Belçika – Xorvatiya - 3:1 (20:25, 28:26, 25:16, 25:22)
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Almaniya |
2 |
2 |
0 |
6-2 |
204-185 |
6 |
|
2 |
Türkiyə |
2 |
1 |
1 |
4-4 |
183-177 |
4 |
|
3 |
Belçika |
2 |
1 |
1 |
4-4 |
201-197 |
3 |
|
4 |
Xorvatiya |
2 |
0 |
2 |
2-6 |
170-199 |
0 |
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib