Rusiyanın Kazan şəhərində keçiriləcək Birlik Ölkələri Oyunlarının vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın idman naziri Oleq Matıtsin verib.
O, ölkəsinin mətbuatına açıqlamasında bu addımı koronavirus pandemiyası səbəbindən atdıqlarını deyib. Matıtsinin sözlərinə görə, avqustda baş tutmalı olan multiidman yarışı bir ay sonraya ertələnib: “Yarışı sentyabrın əvvəlində keçirməyi planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın razılıq verdiyi yeni turnir avqustun 20-27-də keçirilməli idi. Yarışda 21 idman növü üzrə 280 dəst medal uğrunda 11 ölkədən 2500 idmançının iştirakı planlaşdırılır.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb