Bakıda təşkil ediləcək böyüklər arasında karate üzrə Avropa çempionatı azarkeşsiz keçiriləcək.
Bu barədə apasport.az saytına Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
O bildirib ki, koronavirus xəstəliyinə yoluxma hallarının artmasının qarşısının alınması səbəbindən yarış böyük etimalla boş zalda keçiriləcək. Nazirlik rəsmisi bu qərarın Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən verildiyini qeyd edib. Səmayə Məmmədova hazırda bununla bağlı Təşkilat Komitəsinin iclasının keçirildiyini də vurğulayıb.
Qeyd edək ki, Avropa çempionatı martın 25-29-da keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib