İdman qurğularının fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə apasport.az saytına gənclər və idman nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalisinin sağlamlığını qorumaqdır: "Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdiyi məkanlardan biri də idman obyektləri və qurğularıdır. Müxtəlif əhali qrupları, o cümlədən idmançıların sağlamlığının prioritet olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate üzrə böyüklər arasında Avropa çempionatı və "Formula-1" Azərbaycan Qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır".
Səmayə Məmmədova əlavə edib ki, ölkə çempionatları və birincilikləri də təxirə salınıb.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib