Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax idman növləri üzrə beynəlxalq federasiyaların və milli olimpiya komitələrinin nümayəndələri ilə konfrans keçirəcək.
Apasport.az saytının məlumatına görə, telefon vasitəsilə təşkil olunacaq konfransda koronavirusla bağlı vəziyyət, həmçinin Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı məsələ müzakirə ediləcək.
BOK, yarışın Təşkilat Komitəsi və Tokio şəhərinin rəsmiləri pandemiyaya baxmayaraq yarışın planlaşdırıldığı vaxt keçirilə biləcəyini iddia edir. Olimpiada iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.
BOK-un Olimpiya Oyunlarını azarkeşsiz keçirmək variantını müzakirə etdiyi bildirilir. Həmçinin təsnifat yarışlarının bir çoxu dayandırıldığından Tokioda iştirak edən idmançıların da sayı artırıla bilər.
Qeyd edək ki, bu gün UEFA da milli assosiasiyalar və digər maraqlı tərəflərlə videokonfrans keçirəcək. Futboldakı durumun müzakirə olunacağı tədbirdə AVRO-2020, avrokuboklar, həmçinin milli çempionatlarla bağlı fikir mübadiləsi aparılacaq, bəzi qərarlar veriləcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib