Cüdo üzrə üç turnir ləğv edildi – Azərbaycan idmançıları yarışa qatılmayacaq
10.03.2020 - 09:30
Cüdo üzrə üç beynəlxalq turnir ləğv olunub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyası verib.
Qurum Rusiyanın Yekaterinburq şəhərindəki “Böyük dəbilqə”, Gürcüstanın Tbilisi və Türkiyənin Antalya şəhərlərindəki Qran-Pri turnirləri koronavirus üzündən keçirilməyəcək. Qurum Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində lisenziya xalı verən bu turnirləri ləğv etməyə üstünlük verib.
Qeyd edək ki, Yekaterinburqdakı turnirin öncədən tamaşaçısız keçirilməsi nəzərdə tutulmuşdu. “Böyük dəbilqə”də Azərbaycan millisi 11 cüdoçu ilə iştirak etməli idi.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0