İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı Azərbaycan idmançıları üçün başa çatıb.
Apasport.az saytının məlumatına görə, cüdoçularımız üçüncü - sonuncu günü də uğursuzluqla yekunlaşdırıblar.
Bu gün tatami üzərinə üç cüdoçumuz çıxıb və hər üçü medal şansını erkən itirib.
Rüfət İsmayılov (90 kq) ilk görüşündəcə serbiyalı Bosko Borenoviçə yenilib. 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Aslan Mirzəyev 1/32 finalda Mikita Sviridi (Belarus) üstələsə də, növbəti raundda Kanada təmsilçisi Kayl Reyeslə bacarmayıb. İlk mərhələdən azad olan ən ağır çəkili cüdoçumuz Şahin Qəhrəmanov (+100 kq) 1/16 finalda Sven Heinle (Almaniya) önündə aciz qalıb.
Beləliklə, millimiz Qran-Prini medal qazanmadan yekunlaşdırıb. İlk iki yarış günündə 6 kişi və 5 qadın cüdoçumuz mübarizəyə qoşulsa da, mükafatsız qalıb.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib