Ağır atletika üzrə Avropa çempionatı təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya Ağır Atletika Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.
O bildirib, Rusiya paytaxtı Moskvada keçirilməli olan yarış baş tutmayacaq. İyunun 13-21-də təşkil olunması planlaşdırılan çempionatın təxirə düşməsinə koronavirus pandemiyası səbəb olub: “Avropa Ağır Atletika Federasiyasının baş katibinə çempionatın təxirə salınmalı olduğunu dedim. Çünki yarışa cəmi 2 ay qalıb. Təbii ki, belə vəziyyətdə heç nə edə bilmərik. Mən çempionatın oktyabrda təşkil olunmasını təklif etmişəm”.
Qeyd edək ki, öncədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-dək təxirə salınmışdı.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb