Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) apasport.az saytına verilən məlumata görə, Vüqar Şirinov diskvalifikasiya olunub.
Samboçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində furosemid maddəsi tapılıb. O, bu səbəbdən 24 ay cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti 2020-ci il yanvarın 14-dən hesablanmağa başlanılıb və 2022-ci il yanvarın 14-də bitəcək.
Qeyd edək ki, AMADA daha öncə 55 idmançımıza cəza tətbiq edib.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb