Azərbaycan millisinin qılıncoynadanları İsveçrənin Bazel şəhərində keçirilən gənclər arasında Dünya Kubokunun mərhələ yarışında iştirak ediblər.
Apasport.az saytının məlumatına görə, kişi şpaqaçıların şəxsi yarışında ən yaxşı nəticəni Ruslan Həsənov göstərib.
O, qrup mərhələsini 6 qələbə ilə başa vurub. Həsənov ardınca pley-offun ilk görüşündə Belçika təmsilçisi Robin Daouta 15:6 hesabı ilə qalib gəlsə də, 1/32 finalda fransalı Alban Dianeyə 12:15 hesabı ilə məğlub olub.
Qrup mərhələsində 5 qələbə qazanan Barat Quliyev də 1/32 finala yüksəlməyi bacarıb. 1/64 finalda Böyük Britaniya şpaqaçısı Ezan Kyuya 15:14 hesabı ilə qalib gələn Quliyev, növbəti mərhələdə İtaliya idmançısı Masarin Rikkardoya 7:15 hesabı ilə uduzub.
Qrup mərhələsində 2 qələbəsi olan Xalid Əliyev və bu mərhələdə 1 görüşdə qalib gələn Fərrux Səfərov isə mübarizəni erkən dayandırıb.
Gənc şpaqaçılarımız komanda yarışında turnirin finalına kimi irəliləyən isveçrəli şpaqaçılara 40:45 hesabı ilə məğlub olub.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib