Dünya Kubokundan 1/8 finala yüksələ bilmədi - Aysel Əhədova
11.02.2020 - 11:19
Dünya Kubokundan 1/8 finala yüksələ bilmədi - Aysel Əhədova

Azərbaycan millisinin sablyaçısı Aysel Əhədova Bolqarıstanın Plovdiv şəhərində keçirilən gənclərin Dünya Kubokunda iştirak edib.

Apasport.az saytının məlumatına görə, qılıncoynadanınız yarışı medalsız başa vurub. 

Qrup mərhələsində keçirilən 6 görüşdən 3-də qalib gələn idmançı pley-offda fransalı Luiza Kleyni 15:14 hesabı ilə məğlub edib. Əhədova 1/16 finalda İspaniya təmsilçisi Maria Venturaya 6:15 hesabı ilə uduzub.