Dünya çempionatı təxirə salındı - boksda
26.06.2020 - 12:56
Gənc boksçular arasında dünya çempionatı təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2020-ci ildə Polşanın Keltse şəhərində keçirilməli olan oğlanlar və qızlar arasında mundialın vaxtını dəyişib.
Buna koronavirus pandemiyası səbəb olub. Yarış 2021-ci ildə baş tutacaq. Çempionatın aprelin 10-24-də təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, gənclərin dünya çempionatında 2002-2003-cü il təvəllüdlü boksçular qüvvəsini sınayacaq.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0