Azərbaycan ağırlıqqaldıranı Elşən Məmmədov İsrailin Eylat şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi adını qazanıb.
Apasport.az saytının məlumatına görə, o, yaşı 15-ə qədər olan atletlərin mübarizəsində bütün rəqiblərini qabaqlayıb.
61 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz birdən qaldırma hərəkətində 106 kq nəticə ilə gümüş medal qazanıb. Məmmədov təkanla qaldırmada da fəxri kürsüyə yüksəlib. 129 kq çəkinin öhdəsindən gələn atlet bürünc medala sahib çıxıb.
Toplam 235 kq (106+129) nəticə ilə Elşən Məmmədov Avropa birinciliyinin qalibi adına layiq görülüb.
Bu, onun ikinci belə nəticəsidir. Məmmədov ötən il İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində də qızıl medal əldə edib.
Qeyd edək ki, Avropa birinciliyi dekabrın 14-dək davam edəcək.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib