FİFA Olimpiada üçün yaş limitini dəyişdi
04.04.2020 - 11:16
FİFA Olimpiada üçün yaş limitini dəyişdi

FİFA Olimpiya Oyunlarında iştirak edən futbolçular üçün yaş limitini dəyişib.

Apasport.az saytının məlumatına görə, bu qərar yalnız Tokio-2020 Yay Olimpiya Oyunlarına şamil olunacaq.

Turnirdə 24 yaşadək oyunçular iştirak edə biləcək. Bu addım Tokio-2020-nin koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınmasıdır.

FİFA bu qərarı ilə 2020-ci ildə Olimpiadada iştirak hüququ olan idmançıların bir il sonrakı yarışdan kənar qalmamasını təmin edib.

Qeyd edək ki, bunadək FİFA-nın qaydalarına əsasən, Olimpiya Oyunlarında 23 yaşadək futbolçular oynaya bilərdi. Hər milli komanda bu limitə uyğun gəlməyən üç oyunçudan yararlanmaq hüququna malikdir.