"Tottenhem"in hücumçusu Harri Keyn uzun müddətə sıradan çıxıb.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, tibbi müayinədən keçən forvardın durumunun ciddi olduğu aşkarlanıb.
Tanınmış cərrah Kris Uilson İngiltərə millisinin üzvünün Avropa çempionatını buraxacağını bildirib: "Düşünürəm ki, Keyn 6 ay futbol oynamayacaq. Əməliyyatdan sonra ona uzun müddət bərpa dönəmi lazım olacaq. Keynin apreldə qayıdacağını deyirlər. Ancaq indiki durumda bunu edə bilsə, təəccüblənərəm. Harri yalnız gələn mövsümə hazır ola bilər".
Qeyd edək ki, Harri Keyn İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində yanvarın 1-də "Sauthempton"la qarşılaşmada zədələnmişdi.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib