Hidayət Heydərov ilk görüşdə uduzdu
24.01.2020 - 13:51
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançıları ikinci günü də uğursuz başa vurublar.
Bu gün tatami üzərinə iki cüdoçumuz çıxıb. Hər iki təmsilçimiz ilk mərhələdə uduzaraq mübarizəni dayandırıb.
Telman Vəliyev (73 kq) ispaniyalı Salvador Kases Roça ilə bacarmayıb. Hidayət Heydərov özü üçün yeni olan - 81 kq çəki dərəcəsində Atilla Unqvari qarşısında aciz qalıb.
Qeyd edək ki, ilk yarış günündə 4 kişi və 5 qadın cüdoçumuz mübarizəyə qoşulsa da, mükafat qazana bilməyib.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0