Kanada Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.
Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.
Şimali amerikalılar belə bir vəziyyətdə Yaponiyadakı yarışa idmançı göndərməyi düzgün saymır. Kanadalılar bu il keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına qatılmayacaq.
Kanada Olimpiya Komitəsinin bəyanatında yarışın təxirə salınmasının daha düzgün addım olacağı da əksini tapıb. Qurum indi verilən qərarın ağır olduğunu da etiraf edib: “Biz koronavirus riski ilə bağlı idmançıları Tokiodakı Olimpiya Oyunlarına göndərməməklə bağlı ağır bir qərar verdik”.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi və Tokio-2020-nin Təşkilat Komitəsi yarışın təşkilində israrlıdır. Onlar 4 həftədən sonra yekun qərar verəcəklərini açıqlayıb. Artıq bir sıra ölkələr yarışın təxirə salınmasına çağırış edib.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib