Güləş üzrə Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq Avropa çempionatında ölkəmizi təmsil edəcək idmançıların adları bəlli olub.
Yığmaların heyəti Olimpiya Güləş Mərkəzində təşkil təlim-məşq toplanışı çərçivəsindəki açıq məşq zamanı açıqlanıb.
Sərbəst güləş: Əfqan Xaşalov (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Ağahüseyn Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Abubakr Abakaraov (86 kq), Aslanbek Alborov (92 kq), Nurməhəmməd Hacıyev (97 kq), Camaləddin Məhəmmədov (125 kq).
Yunan-Roma güləşi: Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Daurov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq).
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız qitə birinciliyinə Bakıda hazırlaşır. Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət millimizin heyəti isə yaxın günlərdə açıqlanacaq.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib