FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada mərhələ adlayan ölkələrin adları dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Top-divizion komandaların 4 qrupda mübarizəsi yekunlaşdıqdan sonra Azərbaycan yığmasının da potensial rəqibləri bəlli olub.
B qrupundan 1-ci yerlə birbaşa 1/4 finala yüksələn komandamız Bolqarıstan – Polşa cütünün qalibi ilə üz-üzə gələcək. C qrupunun ikincisi ilə D qrupunun üçüncüsü avqustun 27-də münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmanın ertəsi günü isə 1/4 final mərhələsi keçiriləcək.
Azərbaycan şahmatçıları kimi, Hindistan, Rusiya və ABŞ milliləri də qrup mərhələsini lider kimi bitiriblər. Onlar 1/4 finala yüksəldiyi halda, Çin, Almaniya, Macarıstan Ukrayna, Bolqarıstan, Ermənistan, Yunanıstan və Polşa 1/8 finalda oynayacaqlar.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb