Olimpiada təxirə salınır – bu günlərdə rəsmən açıqlanacaq
23.03.2020 - 13:55
Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyası səbəbindən təxirə salınacaq.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) bunu yaxın saatlarda, ən gec isə bir neçə gün ərzində açıqlayacaq.
Bildirilir ki, Olimpiada 2021-ci ildə təşkil olunacaq. Öncədən yarışın iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, uzun müddət yarışı təxirə salmamaqda israrlı olan BOK sonradan üç variant – 2021-ci, 2022-ci il və ya 45 gün ertələnmə variantlarını nəzərdən keçirirdi.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0