İki ölkənin ağırlıqqaldırma yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına buraxılmayacaq.
Apasport.az saytının məlumatına görə, bunlar Tailand və Malayziya milli komandalarıdır.
Bu barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) tərkibindəki Müstəqil Federasiyalara Sanksiyalar Qrupu (UMFSP) verib. Dopinqlə bağlı çoxsaylı pozuntulara görə verilən bu qərara əsasən, hər iki ölkənin atletləri 2021-ci ilin Olimpiadasında iştirak hüququnu itirib.
Həmçinin, Tailandın quruma üzvlüyü 3 illik – 2023-cü il aprelin 1-dək dayandırılıb. Bu ölkənin rəsmiləri 2 il müddətinə yarışlardan kənarlaşdırılıb. İdmançılar isə 11 ay heç bir beynəlxalq yarışda iştirak edə bilməyəcək.
Malayziya idmançıları 5 aylıq diskvalifikasiya edilib, federasiyanın İWF üzvlüyü 1 illik dayandırılıb. Lakin hər iki Asiya təmsilçisi apelyasiya vermək hüququna malikdir.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb