Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ağırlıqqaldıranlar üçün xüsusi düşərgə təşkil oluna bilər.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Ağır Atletika Federasiyası (İWF) Olimpiada öncəsi idmançıları üç həftəlik düşərgəyə toplamağı planlaşdırır.
Amma bunun üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) razılığı alınmalıdır. Atletlərin üç həftəlik bir araya gətirilməsi ideyası təsadüfi deyil.
Federasiya Olimpiya iştirakçılarını öncədən dopinq testdən keçirməyi planlaşdırır. Bu onunla bağlıdır ki, Tokio-2020-də yaşanacaq dopinq qalmaqalı İWF və MOK arasında narazılığa, hətta ağırlıqqaldırmanın Olimpiya perspektivinə zərbə vuracaq. Bu idman növünün dördilliyin mötəbər yarışının proqramından çıxarılma riskini nəzərə alan federasiya önləyici addım kimi idmançıları düşərgədə yoxlamağı məqsədəuyğun sayır.
Qeyd edək ki, düşərgənin yeri və dəqiq vaxtı BOK-un razılığından sonra dəqiqləşəcək. Ağırlıqqaldırma üzrə Olimpiya Təsnifat Turnirlərinin İWF-in İcraiyyə Komitəsi tərəfindən formalaşdırılan təqvimi də BOK-la razılaşdırılacaq.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb