Boks üzrə Rusiya yığması 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında bayraqsız iştirakdan imtina edib.
Apasport.az saytının məlumatına görə, bunu ölkənin boks federasiyasının baş katibi Umar Kremlyov açıqlayıb.
O bildirib ki, boksçular ölkənin bayrağı olmadan yarışa qatılmaq istəmirlər: “Milli komanda Olimpiya Oyunlarına bayraqsız getməkdən imtina edib. Boksçular xahiş edir ki, məhkəmələr vasitəsilə bayraq altında çıxış etmək hüququna nail olaq”.
Qurum rəsmisi bildirib ki, Milli Olimpiya Komitəsi və Rusiya Antidopinq Agentliyinin atacağı addımları izləyəcək federasiya durumu təhlil edəcək. Onlar rusiyalı boksçuların bayraq altında çıxış etməsini və himnin çalınmasını vacib sayır: “Bunsuz iştirakın mənası yoxdur”.
Qeyd edək ki, Ümumdünya Antidopinq Agentliyi rusiyalı idmançıların 4 il ərzində ölkənin bayrağı altında dünya çempionatları, Olimpiya və Paralimpiya Oyunlarına qatılmasına qadağa qoyub.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib