Şahmat Olimpiadası təxirə salındı
24.03.2020 - 21:40
Şahmat Olimpiadası təxirə salındı

Bu il keçirilməli olan Şahmat Olimpiadası təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı FİDE verib.

Qurum Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarışı 2021-ci ilə qədər təxirə salıb. Buna koronavirus pandemiyası səbəb olub.

Avqustun 6-17-də baş tutması planlaşdırılan yarışın açılış mərasimi Xanti-Mansiyskdə, qarşılaşmaları isə Moskvada təşkil olunmalı idi. Tarixdə ilk dəfə baş tutması nəzərdə tutulan Şahmat Paralimpiadası da təxirə düşüb.