Şahmat tacı uğrunda matçın keçiriləcəyi yer yaxın bir həftə ərzində elan olunacaq.
Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç açıqlayıb.
O bildirib ki, dünya çempionu Maqnus Karlsenlə iddiaçılar turnirinin qalibi arasında görüşü ev sahibliyi etməyə iki namizəd var: “Matçın keçirilməsinə Dubay iddia edir. Həmçinin Argentinadan da marağı təsdiqləyən məktub var. Yaxın bir həftədə bununla bağlı qərar elan olunacaq”.
İddiaçılar turniri isə gələn il martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində təşkil olunacaq. Burada qüvvəsini sınayacaq 8 qrossmeysterdən 7-si bəllidir.
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland), Din Lijen, Van Hao (hər ikisi Çin), Aleksandr Qrişuk, Yan Nepomnyaşi (hər ikisi Rusiya) olacaq. Sonuncu yerin sahibi isə təşkilatçıların xüsusi dəvətnaməsi ilə müəyyənləşəcək. “Vayt-kard”ın sahibi olmağa ən real namizəd rusiyalı Kirill Alekseyenko sayılır.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib