Salvadorlu boksçu güllələndi
10.04.2020 - 22:36
Salvadorlu boksçu Aleksis Navidad silahlı hücum zamanı qətlə yetirilib.
Apasport.az saytının məlumatına görə, hadisə 22 yaşlı idmançının San-Sebastyandakı evi yaxınlığında baş verib.
Navidad xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Atışma zamanı daha iki şəxs yaralanıb.
Hadisə ilə bağlı araşdırma başlayıb. Milli İdman İnstitutunun prezidenti Yamila Bukele bildirib ki, 14 yaşından bu növlə məşğul olan boksçu heç bir cinayətkar qrupun üzvü deyil.
Qeyd edək ki, Navidad peşəkar rinqdəki yeganə döyüşünü 2017-ci ildə həmyerlisi Antonio Qaleanoya qarşı keçirib.
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0