Tamaşaçılarla keçiriləcək – “Formula-1”
27.07.2020 - 12:54
Tamaşaçılarla keçiriləcək – “Formula-1”

“Formula-1” üzrə Portuqaliya Qran-Prisi tamaşaçılarla keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu ölkənin turizm naziri Rita Markes açıqlayıb.

O bildirib ki, tamaşaçı sayı koronavirus pandemiyası ilə bağlı durumdan asılı olacaq: “Azarkeşlər olacaq. Biz virusdan asılı olaraq az və ya çox tamaşaçı üçün nəzərdə tutulan ssenarilər üzərində çalışırıq”.

Qeyd edək ki, Portuqaliya Qran-Prisi oktyabrın 23-25-də baş tutacaq.