Tanınmış güləşçi bıçaqlandı
08.01.2020 - 01:37
Tanınmış güləşçi bıçaqlandı

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Qeyd edək ki, N.Məmmədov yunan-Roma güləşiçidir və 69 kq çəki dərəcəsində Azərbaycan birinciliyində finala kimi yüksəlib.