2019-cu ildə keçirilən şahmat oyunları ilə bağlı hesabat açıqlanıb.
Apasport.az saytının məlumatına görə, il ərzində FİDE reytinqinə daxil edilən oyunların sayı ilk dəfə 3 milyonu keçib.
İl ərzində 3 milyon 9 min 829 partiya baş tutub. Bu qarşılaşmalarda 174 min 363 şahmatçı qüvvəsini sınayıb. Orta hesabla hər gün 4100, hər saatda 170 görüş baş tutub.
Hesabatda ötən il ən çox oyun keçirən şahmatçıların siyahıları da açıqlanıb. Azərbaycan təmsilçisi Azər Mirzoyev qrossmeysterlər arasında “Top-20”yə düşüb. İlboyu 162 matç keçirən zəka sahibimiz bu göstəricidə dünyada 19-cu olub.
Qeyd edək ki, mütləq rekord ukraynalı İqor Naumkinə məxsusdur – 258 oyun.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib