Tokio-2020-nin təsnifat turnirlərinin müddəti uzadıldı
19.03.2020 - 16:41
Tokio-2020 Yay Olimpiya Oyunlarının təsnifat turnirlərinin müddəti uzadılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) verib.
Olimpiadaya vəsiqə verən yarışlar iyunun sonunadək davam edə bilər. BOK beynəlxalq idman federasiyalarına təsnifat xarakterli yarışların müddətini uzatmağa icazə verib. Buna koronavirus pandemiyası üzündən bir-sıra lisenziya turnirlərinin vaxtında baş tutmaması və ya yarımçıq dayandırılması səbəb olub.
Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
0
0