Ukraynada çempion oldu - velosipedçimiz
27.07.2020 - 21:50
Azərbaycanın velosipedçisi Elçin Əsədov növbəti uğuruna imza atıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, şose üzrə elit milli komandamızın və “Bahrain Cycling Academy” kontinental klubunun üzvü, ölkəmizi gələn il Tokio Yay Olimpiya Oyunlarının qrup ötüşməsində təmsil edəcək idmançı Ukraynanın Odessa şəhərinin açıq çempionatının qalibi olub.
Velosipedçimiz həm 15 km-lik fərdi ötüşmədə, həm də 90 km-dən ibarət qrup ötüşməsində 1-ci yeri tutmaqla 2 dəfə fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
0
0