Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə Rusiya Antidopinq Agentliyi (RUSADA) arasında məsələyə İdman Arbitraj Məhkəməsində (CAS) baxılması da təxirə salına bilər.
Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın idman naziri Oleq Matıtsin açıqlayıb.
O bildirib ki, koronavirus pandemiyası üzündən CAS məsələnin baxılmasını da təxirə salmaq niyyətindədir. İlkin olaraq məsələyə aprelin sonu və ya mayın əvvəlində baxılması nəzərdə tutulmuşdu. Lakin koronavirus üzündən WADA və RUSADA arasında mübahisəyə mayın əvvəlində aydınlıq gətirəcək.
Qeyd edək ki, WADA Rusiyanı bütün beynəlxalq yarışlardan kənarlaşdırıb, böyük turnirlər keçirməsinə qadağa qoyub. Şimallılar da CAS-a bu qərardan şikayət edib.
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib