Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk yarış günündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib.
Azərbaycan yığmasının üzvlərindən Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçilərin yarışında isə 5 çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalovla (57 kq) Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcək. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Musafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaq.
Qeyd edək ki, sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da medalçılar sabah bəlli olacaq.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib