Abdolbari Gozal vəfat edib
18.01.2025 - 21:56
Azersun Holdinqin prezidenti Abdolbari Gozal vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Azərsun Holdinqdən APA-ya bildirilib.
İş adamı xeyli müddətdir xəstəlikdən əziyyət çəkirmiş. O, Dubayda vəfat edib.
Gozal həmçinin "Qarabağ" Futbol Klubunun fəxri prezidenti kimi fəaliyyət göstərirdi.
Qeyd edək ki, Abdolbari Gozal 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. O, Azərbaycanın qida sənayesində əhəmiyyətli payı olan Azərsun Holdinqə rəhbərlik edib.
Abdolbari Gozal Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
0
0