ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçi Danial Caniyev (Danny Dzhaniyev) Bakıya gəlib.
Apasport.az xəbər verir ki, o, “Ocaq Sport” klubunun gənc hokkeyçiləri ilə görüşüb və onlara ustad dərsi (masterclass) keçib.
İlk dəfə təşkil olunan görüş Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub. Bu, gənc idmançılar üçün həm motivasiya, həm də peşəkar bilik və bacarıqları öyrənmək baxımından əvəzsiz fürsət olub.
Qeyd edək ki, Caniyev hazırda ABŞ-nin “Penn State University” klubunun aparıcı oyunçularındandır. O, Amerika Hokkey Federasiyası sistemində yetişib, müxtəlif beynəlxalq turnirlərdə iştirak edib və yüksək nəticələr göstərib. Valideynləri azərbaycanlı olan Danial milli köklərinə bağlılığını daim vurğulayır.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar