AFFA-da klub nümayəndələri ilə görüş keçirilib
15.06.2025 - 13:51
AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.
Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib
- Millimiz Vyetnama məğlub olub - YENİLƏNİB
- “Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər
- Azərbaycan Kuboku: Son iki vəsiqənin sahibi müəyyənləşdi - YENİLƏNİB
0
0