Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
30.10.2026 - 11:49
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol

Azərbaycan kubokunun 2026/27 mövsümündə daha bir məhsuldarlıq rekordu qeydə alınıb.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

II təsnifat mərhələsinin 12 matçında 71 qol vurulub. Bu, indiki formatda keçirildiyi dövr üçün bu mərhələnin ən yüksək göstəricisidir. 2023/24 mövsümündə 41 (11 oyun), 2024/25 mövsümündə 55 (11 oyun), 2025/26 mövsümündə 49 qol (12 oyun) qeydə alınmışdı. Cari mövsümdə bu mərhələnin orta məhsuldarlığı 5,92-yə bərabər olub.

Ölkə kubokunun 34 illik tarixində orta göstəricidə ən məhsuldar raund olan I təsnifat mərhələsinin 6 oyununda 36 qolun vurulduğunu nəzərə alsaq, mövsümdəki qol sayı 100-ü keçib. Baş tutan 18 görüşdə 107 qol vurulub. Orta məhsuldarlıq 5,77-yə bərabərdir.

Bu, indiki formatda keçirilən turnirin təsnifat mərhələləri üçün rekorddur. 1/8 finala qədər keçirilən 18 oyunda 2023/24 mövsümündə 58, 2024/25 mövsümündə 80, 2025/26 mövsümündə 72 qol qeydə alınmışdı.

Qeyd edək ki, mərhələdə “Şimal” – “Araz-Naxçıvan” (0:6), “Marafon” – “Zaqatala” (1:0), “İmişli” – “Qaradağ Lökbatan” (4:1), “Kür-Araz” – “Sumqayıt” (0:11), “Qəbələ” – “Mingəçevir” (3:0), MOİK – “Şahdağ Qusar” (1:9), “Xankəndi” – “Gəncəbasar” (2:3), “Hypers” – “Şamaxı” (1:5), “Şəfa” – “Ağstafa Gəncləri” (9:2), “Zəngəzur” – “Karvan-Yevlax” (1:4),  “Səbail” – “Zirə” (2:2, p.2:3), “Kəpəz” – “Baku Sportinq” (3:1) matçları keçirilib.